Gürcüstanın müdafiə naziri Azərbaycana gəlib
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanda səfərdədir.
hadiseler.info xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində İrakli Çikovaninin Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı nəzərdə tutulub. Gürcüstanın müdafiə naziri həmçinin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini də ziyaret edib.
Məlumatda qeyd olunur ki, İrakli Çikovaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə müdafiə nazirinin müavini Davit Kupatadze və Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini general-mayor Zaza Çxaidze daxildir.
No Comment! Be the first one.