Kanış Abubakirov vəzifəsindən azad edildi
Qazaxıstanda Xəzər dənizində 14 hərbçinin ölümü ilə nəticələnən faciəvi təlimlərdən sonra Silahlı Qüvvələrin rəhbərliyində kütləvi kadr dəyişiklikləri davam edir.
hadiseler.info xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müvafiq fərmanları ilə Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekov, müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanış Abubakirov, eləcə də müdafiə nazirinin müavini Almaz Cumakeyev vəzifələrindən azad ediliblər.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, yüksəkrütbəli hərbçilərin işdən çıxarılması sentyabrın 24-də Xəzər dənizində keçirilən və Kanat Niyazbekovun komandanlıq etdiyi təlimlər zamanı kəskin hava şəraiti nəticəsində 14 qazax hərbçisinin həlak olmasından sonra baş verib. Bundan əvvəl faciə ilə əlaqədar Qazaxıstanın müdafiə naziri Dauren Kosanov da vəzifəsindən azad edilmişdi.
No Comment! Be the first one.