Fridrix Merts Ukraynaya səfər etdi
Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukrayna şəhərlərinə intensivləşən hücumları fonunda ukraynalı həmkarı Volodimir Zelenskiyə dəstək vermək məqsədilə Kiyevə rəsmi səfər edib.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səfər çərçivəsində Almaniya hökumətinin Ukraynaya 1 milyard avro həcmində hərbi yardım, həmçinin ölkənin enerji sektorunun bərpası üçün 350 milyon avro maliyyə dəstəyi ayıracağı elan olunacaq. Bununla yanaşı, tərəflər arasında müxtəlif növ dronların birgə istehsalına dair müqavilənin yekunlaşdırılması gözlənilir.
Almaniya nümayəndə heyətinin tərkibinə İqtisadiyyat naziri Katerina Rayxe ilə yanaşı “Siemens Energy”, “Hensoldt”, “Diehl Defence” və “Quantum Systems” kimi nəhəng müdafiə və energetika şirkətlərinin rəhbərləri də daxildir. Saziş şərtlərinə əsasən, Rusiyanın dərinliklərinə zərbə endirmək imkanına malik 1000 kilometrdən çox mənzilli silahların, eləcə də reaktiv hava hücumundan müdafiə dronlarının birgə istehsalı nəzərdə tutulur.
No Comment! Be the first one.