Rusiyada 100 min ayının məhv edilməsi planlaşdırılır
Rusiyada vəhşi heyvanların insanlara hücum hallarının artması səbəbindən ayı populyasiyasına nəzarət tədbirləri kəskinləşdirilir.
hadiseler.info xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ölkə regionlarında təhlükəsizliyi təmin etmək məqsədilə ümumilikdə təxminən 100 000 ayının ovlanması (məhv edilməsi) nəzərdə tutulur. Prosesi stimullaşdırmaq üçün ovçulara öldürdükləri hər ayıya görə 35 000 rubla qədər ödəniş ediləcəyi bildirilir.
Hazırda ayı ovuna verilən rəsmi icazə 30 gün müddətinə qüvvədədir.
No Comment! Be the first one.