Kataloniyada şiddətli leysan: Ölənlər və itkin düşənlər var
İspaniyanın Kataloniya muxtar vilayətində kəskin hava şəraiti ağır fəsadlar törədib.
hadiseler.info xəbər verir ki, bu barədə yerli yanğından mühafizə xidməti məlumat yayıb.
Güclü leysan yağışları regionda genişmiqyaslı daşqınlara və yüzlərlə insidentə səbəb olub. Təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib, daha 1 nəfər isə itkin düşmüş hesab olunur.
Əlverişsiz hava şəraiti səbəbindən Barselona metropoliteninin fəaliyyətində ciddi axsamalar yaranıb, hava limanında uçuşlar ləğv olunub və çoxsaatlıq gecikmələr baş verib. Bir neçə avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Kataloniyanın paytaxtında 17,6 mindən çox abonent işıqsız qalıb. Bərpa işləri davam etdirilir.
No Comment! Be the first one.