Flydubai hadisəsi ilə bağlı:“Bu iş bacarıqsız şəkildə səhnələşdirilib”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai “Flydubai” reysi ilə bağlı baş verən insidentlə bağlı səsləndirilən ittihamlara cavab verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
İran XİN rəsmisi nüvə obyektlərinin yoxlanılması və baş verən aviasiya insidenti ilə bağlı verilən sualları cavablandırarkən bildirib ki, İranı sübuta yetirilməsi mümkün olmayan məsələlərdə saxta dəlillər əsasında ittiham edirlər:
“Məsələn, “Flydubai” reysi ilə bağlı vəziyyətə nəzər salaq. Düşünürəm ki, hətta məktəbəqədər yaşlı uşaqlar belə, təhlükəsizlik hissi yaratmaq və günahı İranın və ya digər tərəflərin üzərinə yıxmaq üçün bu işin nə qədər bacarıqsız şəkildə səhnələşdirildiyini görə bilərdilər”.
Xatırladaq ki, sentyabrın 30-da BƏƏ-dən İsrailə uçan “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlərin və digər pilotun müdaxiləsi sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.