Biləsuvarda minik avtomobili aşıb: Xəsarət alan var
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində ağır bədən xəsarəti alan qadın sərnişin dərhal rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.