Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Oktyabrın 5-i dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
hadiseler.info xəbər verir ki, bu əlamətdar günün tarixi 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkil etdiyi konfransda “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənədin imzalanması ilə bağlıdır.
1994-cü ildən etibarən isə bu tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis olunub və BMT-nin beynəlxalq günlər sisteminə daxil edilib. Müstəqil Azərbaycanda Müəllimlər Günü 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Dünyanın 100-dən çox ölkəsində bu gün oktyabrın 5-də qeyd edilsə də, bəzi dövlətlərdə milli səviyyədə fərqli tarixlərdə keçirilir. Məsələn, Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr Müəllimlər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
No Comment! Be the first one.