Oqtay Gözəlova VƏZİFƏ VERİLDİ
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyinatı olub.
hadiseler.info xəbər verir ki, səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov bu vəzifəyə təyin edilib.
Oqtay Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. O, fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, eləcə də KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.
2008-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərən O.Gözəlov qurumun İsveçrənin Cenevrə şəhərində yerləşən Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, həmçinin Danimarka və Özbəkistanda çalışıb. Son illərdə isə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Oqtay Gözəlov səhiyyə sistemlərinin idarə olunması, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə edilməsi, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində geniş təcrübəyə malikdir.
No Comment! Be the first one.