Qara dənizdə iki gəmi dron hücumuna məruz qaldı
Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum olunub. Hadisə ilə əlaqədar ölkənin Baş naziri Rumen Radev təcili iclas çağırıb.
hadiseler.info xəbər verir ki, iclasda müdafiə, daxili işlər, nəqliyyat, ətraf mühit və su ehtiyatları nazirliklərinin, habelə prezident administrasiyası və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edəcəklər.
Verilən məlumata görə, hücumların hədəfi Toqo bayrağı altında üzən “ALFA WATAN” və Palau bayrağı altında üzən “ABLE” gəmiləri olub. “ALFA WATAN” kritik struktur zədələri alaraq Bolqarıstan sahillərindən şərqdə batıb. Heyətin taleyi barədə hələlik dəqiq məlumat yoxdur, ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hücum nəticəsində “ABLE” gəmisinin göyərtəsində yanğın baş verib. 18 nəfərdən ibarət bütün heyət Bolqarıstana məxsus “DIOSCURIA” bərəsinə uğurla təxliyə edilib. Yaralanan şəxslərə bərənin göyərtəsində ilkin tibbi yardım göstərilib.
No Comment! Be the first one.