Korrupsiya barədə məlumat verənlərlə bağlı qanun layihəsi hazırlanıb
Azərbaycanda korrupsiya ilə mücadelə sahəsində yeni qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilib.
5 fəsil və 19 maddədən ibarət olan qanun layihəsində yer alan əsas məqamlar:
Əhatə dairəsi: Qanun dövlət, bələdiyyə, publik hüquqi şəxslər, büdcə təşkilatları və digər qurumlarda korrupsiya barədə məlumatların verilməsi, araşdırılması, məlumat verənlərin müdafiəsi və həvəsləndirilməsi qaydalarını tənzimləyir.
Yalan məlumatlar: Şəxsi maraq, qanunsuz güzəşt və ya böhtan məqsədilə verilən yalan məlumatlar bu qanun çərçivəsində dəyərləndirilmir. Lakin məlumat verən şəxs əhəmiyyətli yanılma təsiri altında doğru olmayan məlumat verdikdə belə müdafiə olunur.
Məxfilik və Sirlər: Məlumatda peşə, kommersiya, istintaq, məhkəmə, şəxsi və ya ailə həyatına dair məlumatlar olduqda həmin informasiyanın ötürülməsi qanunazidd açıqlanma sayılmır. Məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.
Maddi mükafat: Məlumat doğrulandıqda, məlumat verən şəxsə 10 iş günü müddətində təşkilatın hesabına mükafat ödəniləcək. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz və proses tam konfidensial saxlanılacaq.
Baxılma müddəti: Səlahiyyətli şəxs məlumatı dərhal qeydə almalı və 20 iş günü müddətində araşdırıb nəticəni bildirməlidir. Ehtiyac olduqda bu müddət 10 iş günü uzadıla bilər.
No Comment! Be the first one.