Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Cəmiyyət

Kütləvi zəhərlənmələrin gizli səbəbi açıqlandı: Toy və yas məclislərində böyük risk!

Oktyabr 7, 2026
76 Views

Son zamanlar qida zəhərlənmələrinin sayının artması ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Mövzu barədə hadiseler.info-ya danışan qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova kütləvi zəhərlənmələrin əsas səbəbləri barədə xəbərdarlıq edib:

“Son illərdə kütləvi zəhərlənmələrin sayının çox olmasının səbəbi bir çox hallarda qida məhsulunun düzgün hazırlanmaması və ya saxlama şəraitinə əməl edilməməsi ola bilər. Eyni zamanda temperatur rejiminin pozulması ən böyük risklərdən biridir. Xüsusilə də isti havalarda hazırlanan yeməyin otaqda uzun müddət qalması bakteriyaların çoxalmasına əlverişli şərait yaradır. Digər məsələ isə çarpaz çirklənmə riskidir ki, burada çiy ətlə təmasda olan doğrama lövhələrinin, səthlərin, istifadə olunan digər vasitələrin vaxtı-vaxtında yuyulmaması, həmin vasitələrlə hazırlanan tərəvəzlərin, salatların və bir çox digər qidaların istifadə olunması da mikroorqanizmlərin birbaşa çarpaz çirklənməyə səbəb olmasına gətirib çıxarır.

Digər bir məsələ isə qidaların kifayət qədər bişirilməməsi, xüsusilə ət və süd məhsulları, eləcə də yumurtanın yaxşı bişirilməməsindən qaynaqlanır ki, bu məhsullar mütləq şəkildə yaxşı bişirilməlidir. Ətin daxili temperaturu 70 dərəcəni keçməlidir ki, bu da onun tərkibində əgər zərərli bakteriyalar varsa, onların məhv olmasına gətirib çıxarda bilər. Eləcə də məhsulları istifadə edərkən soyuducuda, soyuq zəncir prinsipində saxlanılmalı olan qidalar var ki, bunlar 0-4 dərəcə arasında saxlanılmalıdır. Kremli məhsullar, mayonezli, yumurtalı məhsulların tez-tez otaq temperaturunda uzun müddət qalması, daha sonra soyudulması belə bu riski minimuma endirmir. Ona görə bu məqamlara da diqqət etmək lazımdır.

Məhsul alarkən son istifadə tarixinə, qablaşmanın bütövlüyünə, saxlanma temperaturuna, məhsulun görünüşünə də baxmaq əsas məsələlərdən biridir. Bəzən düşünürlər ki, az xoşagəlməz qoxu varsa, xüsusilə də ətdə, bişirsəm bu problem keçəcək, amma mikrobların bəziləri istiyə dözümlü olur. Xüsusilə salatlar hazırlanarkən mayonezli salatların hazırlanmasında çiy və bişmiş tərəvəzlərin, yumurtanın, ətin olması, riskli məhsulların hamısının bir araya gəlməsi və soyuq zəncir prinsipinin qorunmaması belə həmin məhsulun tərkibində mikroorqanizmlərin və bakteriyaların çoxalmasına əlverişli şərait yaradır.

Bir çox hallarda eyni qidanı qəbul edən bəzi insanlarda qusma, ishal, ürəkbulanma, görmənin pozulması kimi zəhərlənmə əlamətləri görünsə də, immun sistemi yüksək olan insanlarda bəzən bu əlamətlər özünü göstərmir, amma onlarda da həzm sisteminin pozulması başlayır. 5 yaşdan aşağı uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və südverən qadınlar hər zaman yüksək risk qrupundadır. Bu insanlar daha diqqətli olmalıdır. Əsas diqqət olunacaq məqam qidanı alarkən etibarlı, mənşəyi məlum olan yerdən almaq, doğru şəkildə saxlamaq, çiy və bişmiş məhsulları bir-birindən ayırmaq, qidanı kifayət qədər bişirmək və hazırlayarkən sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl etməkdir.

Qida zəhərlənmələrinin böyük bir hissəsi kütləvi məclislərdə — toy və yas mərasimlərində, xüsusən də sanitariya və gigiyena qaydalarına nəzarət olunmayan şəraitdə yemək hazırlandıqda baş verir. İnsanların çoxu elə düşünür ki, keyfiyyətli və təzə məhsul almaq zəhərlənmənin qarşısını almaq üçün kifayətdir. Lakin hazırlıq və saxlanma zamanı temperatur rejiminə, təhlükəsizlik qaydalarına diqqət yetirilmədikdə, ən keyfiyyətli məhsul belə sağlamlıq üçün ciddi təhlükəyə çevrilir. Başqa sözlə, məhsul nə qədər keyfiyyətli olursa-olsun, düzgün emal və saxlanma şəraiti olmadıqda insanlar öz əlləri ilə qidanı yararsız və zərərli hala gətirirlər”.

Tags:

#HadiselerInfo#MəhsətiHüseynova#QidaTəhlükəsizliyi#Sağlamlıq#Zəhərlənmə

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Messi Argentina millisi ilə göz yaşları içində sağollaşdı – VİDEO

Next

Əli Nağıyev: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”

Next
Oktyabr 7, 2026

Əli Nağıyev: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”

Previous
Oktyabr 7, 2026

Messi Argentina millisi ilə göz yaşları içində sağollaşdı – VİDEO

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Hava haqqında
Sabah leysan olacaq – Hava ilə bağlı XƏBƏRDARLIQ
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya