Azərbaycanlı həkim Ukraynada dron hücumunda həlak oldu
Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlar zamanı daha bir soydaşımız həyatını itirib.
hadiseler.info xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Ramazan oğlu Quliyev Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həlak olub.
30 ildən çoxdur Ukraynada yaşayan V.Quliyev məşhur “Nənələr” folklor ansamblının üzvü Xanımbacı Quliyevanın oğludur.
Məlumata əsasən, mərhumun nəşi artıq Azərbaycana gətirilib və onun doğulduğu kənddə dəfn olunması üçün hazırlıq işləri görülür.
No Comment! Be the first one.