İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
İstanbulun Maltəpə rayonunda bina çökməsi nəticəsində fövqəladə vəziyyət yaranıb.
hadiseler.info “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Hələlik məlum olmayan səbəblərdən altımərtəbəli binanın iki mərtəbəsi anidən çöküb.
İnformasiyaya əsasən, dağıntılar altında qalan insanların olduğu bildirilir. Əraziyə dərhal xilasetmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, dağıntılar altından sağ çıxarılan bir uşaq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən və ya xəsarət alanlar barədə dəqiq məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.
No Comment! Be the first one.