Noyabr ayında 11 gün iş
Noyabr ayında Azərbaycanda beşgünlük və altıgünlük iş həftəsi ilə çalışanlar üçün uzun istirahət günləri nəzərdə tutulub.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günü hesab edildiyi üçün noyabrın 8, 9 və 10-u ardıcıl olaraq istirahət günləri olacaq.
Bununla da noyabr ayında:
Beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 qeyri-iş günü;
Altıgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 7 qeyri-iş günü olacaq.
Məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiqlənmiş istehsalat təqviminə əsaslanır.
No Comment! Be the first one.