İstanbulda binanın çökməsi ilə bağlı memar HƏBS EDİLDİ
İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə bağlı iki şəxs saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd olunub ki, binanın çökmə səbəbi hələlik məlum deyil və faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, səhər saatlarında baş verən hadisə nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər xilas edilib. Hazırda dağıntılar altında qalan 2 nəfərin axtarış-xilasetmə işləri aparılır.
No Comment! Be the first one.