Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azərbaycanın dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən xarici ölkə vətəndaşları tutulub.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Əfqanıstan vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.