Cəbrayılda 26 yaşlı çoban minaya düşdü: Vəziyyəti ağırdır
Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı o, ağır bədən xəsarətləri alıb.
TƏBİB-dən bildirilib ki, yaralı saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davan etdirilir, vəziyyəti ağırdır.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araştırma aparılır.
Aaidiyyəti qurumlar vətəndaşları bir daha təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa və bələd olmadıqları, çəpərlənmiş ərazilərə daxil olmamağa çağırır.
No Comment! Be the first one.