Abşeronda 23 motoxuliqan saxlanıldı- Video
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
hadiseler.info xəbər verir ki, keçirilən tədbirlər zamanı:
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb;
Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və axtarışda olan 5 nəfər saxlanılıb;
15 cinayətin üstü “isti izlər”lə açılıb;
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32 fakt müəyyən edilib;
Xırda xuliqanlıq və xırda talama ilə əlaqədar 60 fakt üzrə tədbir görülüb.
Abşeron RPİ Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi reydlər zamanı sərxoş halda sükan arxasına əyləşən 3 sürücü barəsində inzibati protokol tərtib olunub. Gecə saatlarında yüksək səs-küy salaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.
Bundan başqa, Masazır qəsəbəsində avtoxuliqanlıq edən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev və narkotik vasitənin təsiri altında qəza törədərək hadisə yerindən qaçmaq istəyən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıb. Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb və sonuncu barəsində inzibati həbs tətbiq olunub. Həmçinin avtomobilin konstruksiyasına qanunsuz dəyişiklik edən 14 və çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü cəzalandırılıb.
No Comment! Be the first one.