Xaçmazda mağazada yanğın baş verdi — VİDEO
Xaçmaz şəhərində yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mağazada yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 12 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m olan mağazanın vitrin soyuducularında başlayan yanğının genişlənərək obyektdən yaşayış binasına yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 6 ədəd vitrin soyuducusu və mağazanın plastikdən ibarət divarı 6 kv.m sahədə yanıb. Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
No Comment! Be the first one.