Qarabağ Universitetinin müəllimi hakim təyin olundu
Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
hadiseler.info xəbər verir ki, 1999-cu ildə Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.
O, 2020-ci ildə BDU-nun bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini ingilis dilində fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyəti dövründə Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi və vəkil kimi çalışan N.Məmmədova 2024-cü ildən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində pedaqoji fəaliyyət göstərirdi.
No Comment! Be the first one.