Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu- FOTO
Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Lökbatan qəsəbəsi istiqamətində, Bakı-Ələt yolunda qeydə alınıb.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Xudayar Səmədov idarə etdiyi “Mercedes Atego” markalı yük maşını ilə İmişli rayonundakı mal bazarından Bakı istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşaraq qəza törədib.
Şiddətli qəza zamanı yük maşınının sürücüsü Xudayar Səmədov, eləcə də sərnişinlər – 1972-ci il təvəllüdlü İzahat Məmiyev, 1978-ci il təvəllüdlü Rahib İsfəndiyarov və 1981-ci il təvəllüdlü Vüqar Hüseynov hadisə yerində həlak olublar. Digər sərnişin – 1984-cü il təvəllüdlü Alyoşa Bəşirov isə ağır bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.