Gəncəyə raket hücumundan 6 il ötür
44 günlük Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərində dinc sakinləri hədəf alan dəhşətli raket hücumundan altı il ötür.
hadiseler.info xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raket zərbəsi endirilib. Oktyabrın 10-da humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, düşmən tərəf mülki əhalini qəsdən hədəfə alıb.
Gecə saatlarında yaşayış binalarının atəşə tutulması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər mülki şəxs şəhid olub, 34 nəfər isə müxtəlif dərəcəli yaralanıb. Hücum zamanı 10-dan çox yaşayış binasına və 100-dən artıq obyektə ciddi ziyan dəyib.

No Comment! Be the first one.