Azərbaycanda müğənni əməliyyatdan sonra vəfat etdi- FOTO
Gəncə şəhərində tanınmış ifaçı, müğənni Daşqın Eldarlı əməliyyatdan sonra dünyasını dəyişib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi hadisə şəhərdə fəaliyyət göstərən özəl klinikaların birində qeydə alınıb.
Məlumata görə, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı bir müddət əvvəl ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib və dünən cərrahiyyə əməliyyatına alınıb. Lakin əməliyyatdan sonrakı mərhələdə onun həyatını xilas etmək mümkün olmayıb və sənətçi vəfat edib. Qeyd edək ki, mərhum Gəncədə və respublikanın bölgələrində sevilən və tanınan müğənnilərdən biri idi.

No Comment! Be the first one.