Miqrant gəmisi batdı, 109 ölü, 116 itkin
Cibuti sahillərində göyərtəsində 350 nəfərin olduğu miqrant gəmisinin batması nəticəsində kütləvi insan tələfatı baş verib. En azı 109 nəfər həyatını itirib, 116 nəfər isə itkin düşüb.
hadiseler.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı fəlakətin Cibutinin Obok sahillərində qeydə alındığını açıqlayıb.
Cibutidən Yəmənə üzməyə çalışan gəmi idarəetməni itirərək aşması nəticəsində batıb. Axtarış-xilasetmə tədbirləri zamanı sudan çıxarılan 109 cəsəddən 52-nin kişi, 42-nin qadın, 15-nin isə uşaq (9 qız və 6 oğlan) olduğu müəyyən edilib.
Hadisədən sağ qurtarmağı bacaran 80 nəfərin hamısının Efiopiya vətəndaşı olduğu bildirilir. Ərazidə itkin düşənlərin axtarışı davam etdirilir.
No Comment! Be the first one.