İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü keçirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



No Comment! Be the first one.