İlham Əliyev İspaniya Kralını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı İspaniya Krallığının milli bayramı münasibətilə Kral VI Felipeni və bütün İspaniya xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edib.
Prezident İlham Əliyev məktubunda bu əlamətdar gün münasibətilə İspaniya Kralına möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində uğurlar, dost İspaniya xalqına isə daim əmin-amanlıq, rifah və firavanlıq arzuladığını bildirib.
No Comment! Be the first one.