Prezident: “Azərbaycan Asiya ilə Avropa arasında bağlantılarda öz rolunu oynayır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsinin xarici siyasətdə mühüm prioritetlərdən biri olduğunu vurğulayıb.
hadiseler.info rəsmi mənbələrə istinadən xəbər verir ki, bu fikri dövlət başçısı Kambocanın Baş naziri Hun Manet ilə keçirilən görüşdən sonra mətbuata bəyanatında səsləndirib.
Prezident İlham Əliyev Azərbaycanın geostrateji mövqeyinə və nəqliyyat-logistika imkanlarına diqqət çəkərək bildirib: “Biz Cənub-Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır”.
No Comment! Be the first one.