İlham Əliyev və Mehriban Əliyevanın adından rəsmi nahar verildi
Bakıda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin və həyat yoldaşının şərəfinə rəsmi ziyafət təşkil olunub.
hadiseler.info xəbər verir ki, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Mərasimdə iki ölkənin nümayəndə heyətlərinin üzvləri və rəsmi şəxslər iştirak ediblər.




No Comment! Be the first one.