Zəhra Hüseynova Səhiyyə Nazirliyində yeni vəzifəyə təyin olundu
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) yeni kadr təyinatı reallaşıb.
hadiseler.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Zəhra Hüseynova Analitik Ekspertiza Mərkəzinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Zəhra Hüseynova 2022-ci ildən Analitik Ekspertiza Mərkəzində fəaliyyət göstərir. O, yeni təyinata qədər həmin mərkəzdə insan resursları mütəxəssisi vəzifəsində çalışıb.
No Comment! Be the first one.