Ermənistanda saxlanılan hərbçimiz: “Mənə bıçaqla hücum edib döydülər”
Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə daxil olan Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin dindirmə materiallarının detalları bəlli olub.
hadiseler.info “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Nəsimi Musayev ifadəsində heç kimə zərər yetirmək niyyətində olmadığını və erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini vurğulayıb.
Hərbçimiz ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş etdiyini, lakin qadının onun silahından yapışdığı üçün atəş açmağa məcbur qaldığını bildirib. Bundan əlavə, N.Musayev yazılı şəkildə qadın və onun ailə üzvlərinin hücumuna məruz qaldığını, bıçaqla zərbələr aldığını və döyüldüyünü bəyan edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistan tərəfindən saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ermənistanın müdafiə naziri də saxlanılan Azərbaycan əsgərinin diversant olmadığını təsdiqləyib.
No Comment! Be the first one.