Görkəmli alim, professor Tərlan Quliyev vəfat etdi
Azərbaycan elm və təhsil ictimaiyyətinə ağır itki üz verib. Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Aslan oğlu Quliyev 64 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb.
Tərlan Quliyev Azərbaycan ədəbiyyatşünaslığının inkişafına böyük töhfələr verib. O, klassik ədəbiyyatın, əruz vəzninin, qafiyəşünaslıq və mətnşünaslıq sahələrinin tədqiqində mühüm xidmətləri ilə tanınıb. Alim, aynı zamanda “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsinin müasir Azərbaycan əlifbasına çevrilərək nəşr olunması istiqamətində dəyərli elmi işlər ərsəyə gətirib.
Mərhum alim uzun illər AMEA-nın Əlyazmalar İnstitutunda, Bakı Musiqi Akademiyasında kafedra müdiri kimi fəaliyyət göstərib.
No Comment! Be the first one.