Azərbaycanda kirayə evlərin qiyməti ucuzlaşıb
Azərbaycanda mənzil bazarında median aylıq kirayə haqqı 1 000 manat həddindən aşağı düşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda məlumat verilib.
Sənəddə qeyd olunur ki, mənzil bazarı üzrə açıq mənbələrdən toplanan göstəricilərə əsasən, iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə qiyməti 917 manat təşkil edib. Bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasını şərtləndirir.
2025-ci ilin sonu ilə müqayisədə kapitalizasiya müddətində 2,1 illik artım qeydə alınıb. Mərkəzi Bank bu dinamikanı il ərzində mənzil satışı qiymətlərinin yüksəlməsi fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə əlaqələndirir.
No Comment! Be the first one.