Albaniyanın paytaxtında tələbələrin etiraz aksiyası: 23 nəfər saxlanıldı- VİDEO
Albaniyanın paytaxtı Tiranada keçirilən tələbə etirazları polislə toqquşmalarla nəticələnib.
hadiseler.info xəbər verir ki, bu barədə “Albanian Daily News” nəşri məlumat yayıb.
Albaniya Polisinin verdiyi rəsmi açıqlamaya görə, Tiranada Təhsil Nazirliyinin binası qarşısında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Hadisədən sonra müvafiq hüquqi prosedurların həyata keçirilməsi məqsədilə 23 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
No Comment! Be the first one.