Tacikistan Prezidenti Azərbaycana yola düşüb
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfərə yola düşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Prezident Emoməli Rəhmonu ölkənin xarici işlər naziri, prezidentin xarici siyasət və iqtisadiyyat məsələləri üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və bir sıra digər rəsmi hökumət nümayəndələri müşayiət edirlər.
Xatırladaq ki, AQEM-in VII iclası oktyabrın 15-də Bakıda keçiriləcək.
No Comment! Be the first one.