32 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qaytarıldı
Azərbaycan Respublikasının vətəndaşı olan 32 nəfər Almaniya Federativ Respublikasından ölkəyə readmissiya olunub.
hadiseler.info xəbər verir ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, Qurum tərəfindən fəaliyyəti əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyasını təmin etmək, eləcə də onların qarşılaşdıqları çətinliklərin operativ həlli istiqamətində müvafiq tədbirlər görür.
No Comment! Be the first one.