Xalq artisti Zaur Rzayevin səhhəti pisləşdi
Azərbaycanın Xalq artisti Zaur Rzayevin səhhətində ciddi problem yaranıb.
hadiseler.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 74 yaşlı sənətçi oktyabrın 14-ü saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-in açıqlamasında qeyd olunur: “Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
No Comment! Be the first one.