İlham Əliyev Gürcüstanın yeni səfərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Görüş zamanı Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana etdiyi dövlət səfərini və göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb. Dövlət başçısı iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.
Səfir Qiorqi Zakaraşvili Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirərək, iki ölkə arasındakı tarixi əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Söhbət zamanı siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya sahələrində birgə layihələrin regional və qlobal əhəmiyyəti müzakirə olunub.








No Comment! Be the first one.