Hörmüz boğazında 2 milyon barel neft daşıyan tanker minaya düşdü- VİDEO
Hörmüz boğazında böyük neft tankerinin minaya düşməsi nəticəsində gəmidə güclü yanğın baş verib.
hadiseler.info SEPAH-ın yaydığı məlumata istinadən xəbər verir ki, gəminin göyərtəsində iki milyon bareldən çox neft olduğu bildirilir.
İran tərəfinin verdiyi açıqlamaya görə, tanker Tehranla rəsmi şəkildə razılaşdırılmamış marşrutla hərəkət etdiyi üçün insidentlə üzləşib.
Hadisə ilə bağlı hələlik digər beynəlxalq mənbələrdən və müstəqil qurumlardan rəsmi təsdiq gəlməyib.
No Comment! Be the first one.