Tramp Baydeni və oğlunu korrupsiyada ittiham etdi
ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenin başçılıq etdiyi əvvəlki administrasiyanı Ukrayna ilə bağlı çoxsaylı korrupsiya hallarında ittiham edib.
hadiseler.info xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Ağ Ev rəhbəri tərəfdarları qarşısında çıxışı zamanı sərt bəyanatlarla çıxış edib:
“Bayden administrasiyası çox korrupsiyalaşmışdı. Baydenin oğlu Xanter Bayden, atası və bütün qrup… Onlar Ukrayna ilə bağlı çoxlu pis işlər görmüş çox korrupsiyalaşmış insanlar idilər”.
Lakin amerikalı lider konkret olaraq hansı faktları nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Tramp həmçinin Co Baydeni Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla nəhəng həcmdə təmənnasız hərbi yardımın göstərilməsinə görə kəskin tənqid edib. ABŞ prezidentinin sözlərinə görə, əvvəlki administrasiya tərəfindən Ukraynaya ötürülən silahlar sonradan qanunsuz şəkildə satılıb.
Qeyd edək ki, bundan əvvəl Co Bayden Tramp administrasiyasını korrupsiyada ittiham etmiş, respublikaçı rəqibini isə “uğursuz” adlandırmışdı. Tramp isə öz növbəsində Ukraynadakı korrupsiya vəziyyətini ciddi beynəlxalq problem kimi qiymətləndirməyə davam edir.
No Comment! Be the first one.