Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin NƏZƏRİNƏ!
Sabah Azərbaycanın magistral avtomobil yollarında dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsi kəskin azalacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Xidmətin məlumatına görə, oktyabrın 18-i gecə və səhər saatlarında ölkə ərazisinin bəzi bölgələrində dumanlı hava şəraiti müşahidə olunacaq.
Sözügedən hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500–1000 metrədək məhdudlaşacağı gözlənilir. Bununla bağlı aidiyyəti qurumlar sürücülərə yollarda ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və məsafə saxlamalarını tövsiyə edir.
No Comment! Be the first one.