Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğradı: Ölənlər var
Səudiyyə Ərəbistanında “AH-6i” tipli kəşfiyyat və hücum helikopteri qəzaya uğrayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hərbi helikopterin düşməsi nəticəsində göyərtədə olan iki ekipaj üzvü həlak olub.
Agentliyin bildirdiyinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə ölkənin cənubunda yerləşən Nəcran bölgəsində, Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin yurisdiksiyasında olan ərazidə baş verib.
Hadisə ilə bağlı aidiyyəti hərbi qurumlar tərəfindən araşdırma aparılır, əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
No Comment! Be the first one.