Bakıda narıncı, bölgələrdə sarı XƏBƏRDARLIQ
Azərbaycanda oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq edilib.
hadiseler.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında narıncı, bəzi rayonlarda isə sarı xəbərdarlıq elan edib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 20.8 – 28.4 m/san-dək güclənəcəyi gözlənilir.
Eyni zamanda Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi, sürətinin isə 13.9 – 20.7 m/san təşkil edəcəyi bildirilir.
Aidiyyəti qurumlar əhalini ehtiyatlı olmağa, güclü külək zamanı hündür ağacların, tikililərin və reklam lövhələrinin altında dayanmamağa çağırır.
No Comment! Be the first one.