Əsgərin ölümünə görə 2 hərbi qulluqçu HƏBS EDİLDİ
Şəmkirdə yerləşən hərbi hissədə əsgər Orxan Şabanovun ölümü ilə bağlı açılmış cinayət işi üzrə iki nəfər həbs edilib.
hadiseler.info “Oxu.az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı başlanılmış cinayət işi çərçivəsində məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirləri davam etdirilir.
Xatırladaq ki, Lənkəran şəhərindən hərbi xidmətə çağırılan əsgər Orxan Şabanov 1 il 3 ay xidmət keçdikdən sonra, oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həyatını itirib.
Mərhum əsgər oktyabrın 14-də doğulduğu Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn olunub.
No Comment! Be the first one.