Fransada kütləvi iğtişaşlar: Ölənlər var, 17 yaşlı qız gözünü itirdi
Fransada bahalaşmaya və təhsildəki problemlərə etiraz olaraq keçirilən aksiyalar şiddətli iğtişaşlara çevrilib.
hadiseler.info xəbər verir ki, Parisdə baş tutan kütləvi etirazlar zamanı ikinci ölüm faktı qeydə alınıb. “Le Parisien” nəşrinin məlumatına görə, Sen-Deni küçəsində bir nəfər həyatını itirib. Həmçinin nümayişçilər arasında huşunu itirən daha bir şəxsin ürəktutmasından vəfat etdiyi bildirilir.
Gərginliyin artması səbəbindən Fransanın Baş naziri Sebastyan Lekornyu departament prefektlərinə bir sıra bölgələrdə komendant saatı tətbiq etmək tapşırığı verib.
Müluz şəhərindəki tələbə etirazları zamanı isə 17 yaşlı qız ağır xəsarət alıb. Təcili əməliyyat olunmasına baxmayaraq, onun sol gözünü xilas etmək mümkün olmayıb. Şəhər prokuroru Nikolya Eyts faktla bağlı dərhal cinayət işinin başladıldığını açıqlayıb.
Bundan başqa, etirazçılar Luvr muzeyinin qarşısını kəsərək girişləri məhdudlaşdırıblar. Ölkənin müxtəlif yerlərində aksiyaçılarla polis arasında şiddətli toqquşmalar davam edir.
No Comment! Be the first one.