Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakimin qərarı ilə Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq məlumatlarına görə, hər iki şəxsin zərərçəkmişlərə vurduğu ümumi ziyan 600 min manatdan artıqdır.
Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Xatırladaq ki, 36 yaşlı Rüfət Qasımzadə bu ilin fevral ayından etibarən dələduzluqda ittiham olunurdu. Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində R.Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı altında vətəndaşlara qarşı 317 min manatlıq aldatma əməli törətməkdə şübhəli bilinərək saxlanılmışdılar.
Aparılan genişmiqyaslı istintaq araşdırmaları zamanı dəymiş ziyanın ümumi həcminin 600 min manatı keçdiyi müəyyən olunub.
No Comment! Be the first one.