Fövqəladə Hallar Nazirliyində yeni təyinat
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin olunub.
hadiseler.info xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Nofəl Əsədov Fövqəladə Hallar nazirinin köməkçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini postunda çalışıb, daha əvvəl isə FHN sistemində fəaliyyət göstərib. Bir müddət əvvəl onun yenidən FHN-ə qayıtdığı bildirilsə də, dəqiq vəzifəsi açıqlanmamışdı.
No Comment! Be the first one.