2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri rəsmən Milli Məclisə təqdim edilib.
hadiseler.info xəbər verir ki, sənəd yaxın günlərdə parlamentin müvafiq komitələrində və plenar iclasında geniş müzakirəyə çıxarılacaq.
Son proqnoz göstəricilərinə əsasən, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində nəzərdə tutulur.
Büdcə paketinin parlamentdəki müzakirələrindən sonra son təsdiq üçün səsverməyə çıxarılması gözlənilir.
No Comment! Be the first one.