Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşdi
Xalq artisti, tanınmış aktrisa Naibə Allahverdiyevanın səhhətində qəfil kəskin pisləşmə baş verib.
hadiseler.info “Axşam.az”a istinadən xəbər verir ki, gece saatlarında aktrisanın vəziyyətinin ağırlaşması səbəbindən yaşadıqı ünvana təcili tibbi yardım heyəti çağırılıb.
Həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı Xalq artistinə hipertonik kriz (qan təzyiqinin kəskin yüksəlməsi) diaqnozu qoyulub.
N.Allahverdiyeva dərhal xəstəxanaya təxliyə edilib. Hazırda stasionar şəraitdə müalicəsi davam etdirilir və həkimlərin ciddi nəzarəti altındadır.
No Comment! Be the first one.