Zəngəzur Milli Parkında Qafqaz bəbir balaları ilə görüntülənib- VİDEO
Azərbaycanın təbiət aləmində mühüm və sevindirici hadisə qeydə alınıb. Ölkə ərazisində nəsli kəsilməkdə olan nadir vəhşi heyvanların qorunması istiqamətində atılan uğurlu addımların nəticəsi olaraq Zəngəzur Milli Parkında Qafqaz bəbiri lentə alınıb.
hadiseler.info xəbər verir ki, nadir yırtıcının üç balası ilə birlikdə təbii mühitində hərəkət etməsini əks etdirən həmin həvəsləndirici görüntülər IDEA İctimai Birliyinin rəsmi sosial media hesablarında paylaşılib.
Mütəxəssislərin fikrincə, Qafqaz bəbirinin balaları ilə birgə görüntülənməsi ölkəmizdə bu nadir növün populyasiyasının bərpası, onların təbii yaşayış mühitinin etibarlı şəkildə mühafizə olunması və ekoloji tarazlığın qorunmasının nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha açıq şəkildə nümayiş etdirir.
No Comment! Be the first one.